Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MacBook” yeniləməsi kənar aksesuarlarla uyğunsuzluğu aradan qaldırır


“Apple” şirkəti “macOS” (Big Sur) əməliyyat sisteminin yeniləməsini göndərməyə başlayıb. 11.2.2 versiyası bir sıra “MacBook” modellərində kənar aksesuarların qoşulması zamanı aparat zədələnməsinə səbəb olan səhvi aradan qaldırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “MacBook” noutbuklarının sıradan çıxması ilə bağlı şikayətlər iki ay əvvəl “Reddit” saytında dərc olunub. Məlumata görə, qurğular “USB-C” vasitəsilə adapter və ya birləşdirici stansiya qoşulduqdan sonra iş qabiliyyətini itirib.

 

İstifadəçilər qeyd edib ki, “MacBook” noutbukları tam boşalaraq reaksiya verməməyə başlayıb. Nasazlıq 2019-cu il və daha əvvəl buraxılan “MacBook Pro”, eləcə də 2020-ci il “MacBook Air” modellərində yaranıb.

 

Problemin yayılma dərəcəsini qiymətləndirmək çətindir. “Reddit” saytında keçirilən sorğudan məlum olub ki, “M1” prosessoruna malik “Air” və “Pro” modelləri uyğun olmayan “USB” konsentratorunu qoşan 74 istifadəçidə sıradan çıxıb.

 

Nizam Nuriyev






01/03/21    Çap et