Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Redmi Note 10” smartfonunun əsas xüsusiyyəti açıqlanıb


Çinin “Xiaomi” şirkətinin yeni nəsil “Redmi Note 10” smartfonu “Qualcomm” prosessoru və “AMOLED” ekranı ilə təchiz ediləcək. Bu barədə “Gizmochina” saytında dərc edilən məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, smartfonun qablaşdırması üzərində onun əsas texniki xüsusiyyətləri göstərilib. Onlar arasında 6,43 düymlük “AMOLED” displey yer alıb. İndiyədək seriyada belə xüsusiyyətə malik qurğu olmayıb. “Redmi Note 10” smartfonunun məhsuldarlığına “Snapdragon 678” çipi – orta səviyyəli “4G” prosessoru cavabdehlik daşıyacaq.

 

Digər xüsusiyyətlər arasında 48 meqapikselli əsas kamera, 5 min milliamper/saat tutumlu akkumulyator və 33 vatlıq sürətli enerjidoldurma sadalanır. Qida bloku smartfonun qutusunda saxlanılır.

 

“Xiaomi” şirkətinin Hindistan bazarı üçün böyük təqdimatı martın 4-nə planlaşdırılır. Yeni məhsullar arasında “Redmi Note 10” və “Redmi Note 10 Pro” təqdim olunacaq. Smartfonun başlanğıc qiyməti 235 dollar təşkil edir.

 

Nizam Nuriyev






02/03/21    Çap et