Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək


"WhatsApp" messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barədə "WABetaInfo" portalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, messencerdə mətn üçün yazı sahəsinin yanında əlçatan olacaq yeni düyməyə sıxdıqdan sonra istifadəçi şəkil paylaşa biləcək. Müəllif çatı tərk edən kimi həmin şəkil avtomatik silinəcək. Həmçinin belə şəkli alan şəxsə onun silinməsi haqqında bildiriş göndəriləcək.

 

Yeni funksiyanın "WhatsApp" messencerinin "Android" və "iOS" platformaları üçün ən yaxın yeniləmələrinin birində tətbiq ediləcəyi gözlənilir.

 

Emil Hüseynov






03/03/21    Çap et