Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” və “Google” şirkətləri axtarış sahəsində əməkdaşlıq haqqında yeni saziş imzalayıblar


“Mozilla” şirkəti rəsmən bildirib ki, “Google” şirkətiylə yeni saziş imzalayıb. Sazişə əsasən, “Google” xidməti “Firefox” səyyahında başlanğıc axtarış sistemi olacaq.Yeni saziş 3 il müddətinə imzalanıb.

Ekspertlər qeyd ediblər ki, internet-nəhənglə yeni müqavilənin imzalanması “Mozilla” şirkəti üçün böyük əhəmiyyətə malikdir, belə ki, məhz “Google” şirkəti ilə bağlanmış saziş son illər ərzində “Firefox” səyyahının tərtibatçıları üçün əsas gəlir mənbəyi idi.

“Mozilla” şirkətinin “Google” ilə əvvəlki razılaşması cari ilin dekabr ayının sonunda bitəcək.





21/12/11    Çap et