Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərmarka" Qarabağ gülləri haqqında ikinci marka seriyasını təqdim edib


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Qarabağ gülləri haqqında marka seriyasının davamını təqdim edib.
İki markadan ibarət yeni seriyada Azərbaycanın Qarabağ regionunda bitən güllər əks olunub.
10 və 30 qəpik nominal dəyərli markalar hər biri bir milyonluq tirajla buraxılıb.
Xatırladaq ki, “Qarabağ gülləri” seriyasının birinci versiyasına da iki marka daxil edilib ki, onların nominal dəyərləri 20 və 50 qəpik təşkil edir.




24/06/11    Çap et