Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”dakı ən məşhur oyunlar


“Facebook” sosial şəbəkəsi bu yaxınlarda öz bloqunda aktiv istifadəçilərin sayına və məsləhətlərə əsasən, sosial şəbəkədə cari ilin ən məşhur oyunlarının siyahısını dərc edib.

“Playdom” studiyası tərəfindən hazırlanmış “Gardens of Time” oyunu populyarlığına görə birinci yeri tutub. “EA”-dan “The Sims Social” oyunu ikinci yerdə, “Zynga”-dan “Cityville” oyunu üçüncü yeri tutub.

Siyahıya, həmçinin aşağıdakı oyunlar da daxil ediliblər: “DoubleDown Casino”, “İndiana Jones Adventure World”, “Words With Friends”, “Bingo Blitz”, “Empires & Allies”, “Slotomania-Slot Machines” və “Diamond Dash”.





22/12/11    Çap et