Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 15” əməliyyat sisteminin təqdim ediləcəyi vaxt məlum olub


“Apple”ın smartfonları üçün əməliyyat sisteminin yeni versiyası rəsmən iyunda təqdim ediləcək. Təqdimatın keçirilməsi tərtibatçılar üçün illik “WWDC” konfransı çərçivəsində planlaşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “iOS 15” əməliyyat sistemindən başqa “iPadOS”, “macOS”, “watchOS” və “tvOS” sistemlərinin yeni versiyaları da təqdim ediləcək.

 

Ənənəyə uyğun olaraq “WWDC” konfransından sonra tərtibatçılar üçün “iOS” sisteminin beta-versiyası əlçatan olacaq. “Apple” korporasiyası hələ ki əməliyyat sisteminin yeni versiyasında istifadəçiləri gözləyən yenilikləri açıqlamır.

 

2020-ci ildə olduğu kimi “WWDC 2021” konfransı onlayn formatda keçiriləcək. Tədbir 7-11 iyun tarixinə planlaşdırılıb.

 

Emil Hüseynov






31/03/21    Çap et