Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un onlayn konfransının keçirilmə tarixi məlum olub


“Google” şirkəti tərtibatçılar üçün “Google I/O” konfransının keçirilmə tarixini açıqlayıb. Bu konfransda ənənəvi olaraq yeni məhsullar, “Android”in funksiyaları, qurğular və şirkətin qarşıdakı illər üçün ümumi inkişaf istiqaməti müəyyənləşdirilir. Tədbir mayın 18-dən 20-dək tamamilə onlayn formatda keçiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, ötənilki “Google I/O” konfransı koronovirus pandemiyasına görə ləğv edilmişdi. 2021-ci ildə konfrnas ilk dəfə virtual formatda və ödənişsiz keçiriləcək.

 

“Google I/O” konfransı çərçivəsində tərtibatçılar üçün öyrədici seminarlar keçirilir, yeni texnologiyalar, funksiyalar, bəzən qurğular elan edilir. Məsələn, 2019-ci ildə keçirilmiş konfransda “Pixel 3A” smartfonu və “Nest Hub Max” “ağıllı” displeyi təqdim edilmişdi.

 

Bu il “Google I/O” konfransında “Android 12” mobil əməliyyat sisteminə böyük diqqət ayrılacağı gözlənilir. KİV-də yayılmış məlumatlara görə, ƏS-nin görünüşü uzun illər ərzində ilk dəfə olaraq xeyli dəyişdiriləcək, həmçinin bloklama ekranı və digər interfeys elementlərinə dəyişikliklər ediləcək.

 

Emil Hüseynov






08/04/21    Çap et