Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti videokamera və səs tanıma funksiyasına malik TV konsol hazırlayır


"Apple" korporasiyası tərəfindən hazırlanan qurğu özündə "Apple TV" konsolunu, həmçinin səs tanıma funskiyasını və videokameranı birləşdirəcək. Bu barədə "Bloomberg" xəbərlər agentliyi məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, məlumata görə, qurğu hələ ki erkən hazırlama mərhələsindədir və onun konsepsiyası dəyişə bilər. Yeni cihazın TV konsol imkanlarını, musiqi səsləndirməyə və "Siri" səs köməkçisindən istifadə etməyə imkan verən "ağıllı" kolonkanı, həmçinin videozənglər üçün kameranı özündə birləşdirəcəyi təxmin edilir.

 

Agentlik yazır ki, belə cihaz ən qabaqcıl "ağıllı" ev sisteminə çevrilə bilər.

 

Emil Hüseynov






13/04/21    Çap et