Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” istifadəçilərinin sayı 67 milyon olub


İyun ayının 28-də istifadəyə verilmiş “Google+” sosial şəbəkəsi çox sürətlə inkişaf edirdi, lakin payızda resursun artım sürəti əhəmiyyətli dərəcədə azalıb.

“ComScore” şirkətindən bildiriblər ki, noyabr ayında unikal ziyarətçilərin sayı oktyabr ayı ilə müqayisədə cəmi 2 milyon artaraq 66,7 milyon insan təşkil edib.

Unikal ziyarətçilərin sayına görə “Google+” şəbəkəsi “MySpace”-i (61 milyon) ötüb. Müvafiq göstərici üzrə ilk üçlükdə isə “Facebook”, “Twitter” və “LinkedIn” şəbəkələridir. Birincidə istifadəçilərin sayı demək olar ki, 793 milyon insana çatır, “Twitter”-də 168 milyon, “LinkedIn”-də 94,8 milyon təşkil edir.




24/12/11    Çap et