Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərinin sayı 750 milyonu ötüb


Hər ay “Facebook” sosial şəbəkəsinə 750 milyondan çox aktiv istifadəçi daxil olur. Sosial şəbəkənin rəsmi nümayəndələri bu informasiyanı təsdiq etməyiblər.
Mark Sukerberq keçən ilin yayında resursun auditoriyasının 500 milyon insanı ötdüyünü bildirib.
Belə olan halda isə sosial şəbəkə istifadəçilərinin sayı 1 ilə təxminən 50% artıb. Əgər belə artım sürəti saxlanılsa, o zaman 2012-ci ildə sosial şəbəkə istifadəçilərinin sayı milyardı keçəcək. “Facebook” statistikası yalnız son 30 gün ərzində sosial şəbəkədə hər hansı fəallıq göstərən istifadəçiləri qeydə alır.




25/06/11    Çap et