Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da 1980-ci illərin stilində olan “siçan” satılır


Amerikanın “ThinkGeek” internet mağazası kompyuter retro “siçan”ları satmağa başlayıb.
Qurğu xarici görünüşünə görə demək olar ki, 1985-ci ilin manipulyatorlarından fərqlənmir,- “Ubergizmo” yazıb.

Retro “siçan” 2 düymə, diyircək və optik sensorla təchiz olunub. Qurğu kompyuterə “USB” portu vasitəsi ilə qoşulur, “PC”və “Mac” ilə uyğundur. Qurğu ABŞ-da 20 dollara satılır.




24/12/11    Çap et