Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hibrid AMD” prosessoru ilə olan noutbuk


“ASUS” şirkəti portativ kompyuterlər xəttinə 11,6 düymlü ekranla təchiz edilmiş “Eee PC 1225B” modeli də əlavə edib.

Maksimal konfiqurasiyada noutbuk “AMD E-450” hibrid çipi ilə təchiz edilib. Çip 1,65 QHs takt tezliyi ilə işləyən 2 ədəd “Bobcat” hesablama nüvəsinə, “DDR3-1333” yaddaş kontrollerinə və “DirectX 11” proqram interfeysini dəstəkləyən “Radeon HD 6320” qrafik kontrollerinə malikdir.

“Eee PC 1225B” modeli 2 və ya 4 Qb əməli yaddaş tutumuna, 750 Qbayt tutuma malik sərt diskə, “Wi-Fi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterlərinə, kardrider və 0,3 meqapikselli veb-kameraya malikdir. “HDMİ” interfeysi, 2 ədəd “USB 3.0” portu və 1 ədəd “USB 2.0” portu var.

Ekranın kəskinliyi 1366×768 nöqtə təşkil edir. Noutbukun ölçüləri 296×200×28 – 35 mm, çəkisi isə 1,44 kq təşkil edir.Kompyuterə “Windows 7 Home Premium” əməliyyat sistemi quraşdırılıb.





26/12/11    Çap et