Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində yeni funksiya əlçatan olacaq


"Android" sisteminin idarəetməsi altında işləyən qurğularda "WhatsApp" messencerinin istifadəçiləri "fləş zəng"lərin köməyi ilə öz hesablarına daxil olmaq imkanı əldə edəcəklər. Bu haqda "Webetainfo" portalı yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, indi messencerdə hesaba giriş üçün SMS şifrlərdən (smartfona birdəfəlik istifadə üçün kod göndərilir) istifadə olunur.

 

Yeni funksiyanın istifadəyə verilməsi nəticəsində telefona gələcək zəngə cavab verməyə ehtiyac yoxdur, proqram özü hər şeyi edəcək. Bunun üçün mobil tətbiqetmə çağırışların tarixçəsinə giriş tələb edəcək.

 

Yeniləmə "iOS" platformasında əlçatan olmayacaq, çünki messencer bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə edə bilmir.

 

Emil Hüseynov






08/06/21    Çap et