Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

84 düymlü televizor


“LG Electronics” şirkəti “Ultra Definition” (UD) TV televizorunu təqdim edib. O, 3840 x 2160 piksel kəskinlikli 84 düymlü panelə malikdir. Qurğunu yanvar ayının əvvəllərində keçiriləcək “CES” sərgisində təqdim etmək planlaşdırılır.

Yenilik “3D” texnologiyasını dəstəkləyir, stereoeffekti idarə etməyə və “2D”-ni “3D”-yə konvert etməyə imkan verir. “Smart TV” platforması internetə çıxış imkanı verir, “LG” şirkətinin rəsmi məlumatında bildirilib.
Televizora əlavə olaraq səsli idarəetmə funksiyası ilə təchiz edilmiş yeni “DU Magic Remote” pultu təklif edilir.





29/12/11    Çap et