Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan barmaqlarının idarə edilməsi üçün qurğu ixtira edilib (VIDEO)


Tokio Universiteti və “Sony” tədqiqat mərkəzinin birgə səyi nəticəsində insanın barmaqlarının hərəkətlərini idarə edən “Possessed Hand” qurğusu hazırlanıb. Bu, ovucun 28 nöqtəsindən birinə kiçik elektrik gərginliyinin verilməsi yolu ilə əldə edilir.
Hazırlama ələ taxılan kəmər şəklindədir. Bu, onu barmaqları idarə etmənin əvvəlki üsullarından fərqləndirir. Belə mexanizmin istifadəçiləri barmaqların hərəkətlərini, hətta bağlı gözlərlə hiss edir və başa düşürlər.
Alimlər yeni texnologiyadan insanların musiqi alətlərində ifa etməsinin öyrədilməsi üçün və ya travmalardan sonra əl əzələlərinin bərpası üçün istifadə ediləcəyini güman edirlər.






28/06/11    Çap et