Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” öz xidmətlərini genişləndirmək üçün durmadan patent alır


“Google” şirkəti “İBM” korporasiyasından yenə patent portfoliosu satın alıb. Bundan əvvəl  internet-nəhəng “İBM” korporasiyasından 1000 patent almışdı, dünən isə daha 187 patent alıb. Atılan bu addımlar internet-nəhəngə şəxsi ticarət məhsullarını inkişaf etdirməyə imkan yaradacaq.

Alınmış patentlər arasında intellektual mülkiyyət predmetlərinin əksəriyyəti sosial şəbəkələrə və semantik şəbəkələrə aiddirlər.

“Google” şirkəti tərəfindən toplanılan patentlərin əksəriyyəti şirkət tərəfindən “Google Plus” sosial şəbəkəsi və “Android” mobil əməliyyat sistemi kimi daha əhəmiyyətli layihələrin inkişafında istifadə olunacaq.





05/01/12    Çap et