Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcbari sığorta bürosunun internet səhifəsi fəaliyyətə başlayıb


İcbari sığorta bürosunun www.isb.az internet səhifəsi fəaliyyətə başlayıb. Bu səhifədə icbari sığortalara aid normativ-hüquqi aktlar, icbari sığorta şəhadətnamələrin nümunələri, icbari sığorta bürosunun iştirakçısı olan sığortaçıların siyahısı və digər faydalı məlumatlar yerləşdirilib.

Səhifənin “Sığorta şəhadətnaməsini yoxla” bölməsində vətəndaşlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin mövcudluğunu, onun hansı sığorta şirkəti tərəfindən verildiyini və qüvvədə olma müddətini yoxlaya bilərlər.

 





05/01/12    Çap et