Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

330 dollarlıq planşet (VİDEO)


“Android 3.2” əməliyyat sistemi ilə işləyən “Acer İconia Tab A200” planşetinin qiyməti və satış tarixi haqqında informasiya məlum olub.

“Liliputing” bildirib ki, ABŞ-da 8 QB daxili yaddaş ilə olan qurğu yanvar ayının 15-də çıxacaq. Qiyməti 330 dollar olacaq. 16 Qbayt tutuma malik daşıyıcı ilə olan modelin qiyməti 30 dollar baha olacaq.

“Acer İconia Tab A200” planşeti 10,1 düymlü 1280x800 piksel kəskinlikli ekran, ikinüvəli “NVİDİA Tegra 2” prosessoru, 1 QB əməli yaddaş, 2 meqapiksel kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları, “microSD” slotu ilə təchiz edilib.

Planşetin ölçüləri 260x175x12,4 mm təşkil edir, çəkisi isə 720 qramdır. O, 3260 mA/saat tutumlu akkumulyatorla təchiz edilib. Akkumulyator videoya 8 saat fasiləsiz baxmağa imkan verir və gözləmə rejimində 16 gün işləyir.









06/01/12    Çap et