Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapurda “CommunicAsia - 2011” beynəlxalq telekommunikasiya sərgi-konfransı keçirilib


Sinqapurda “İnformasiya və kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsi: baş plandan onun icrasına qədər” mövzusunda təlim kursları keçirilib.
Təlim kurslarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Eyvaz Alışov iştirak edib. Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən kurs çərçivəsində “CommunicAsia - 2011” beynəlxalq telekommunikasiya sərgi-konfransı keçirilib. Hər iki toplantıda ölkəmizi E.Alışov təmsil edib.
Kursun yekununda RİTN-in nümayəndəsi beynəlxalq sertifikatla təltif edilib.




28/06/11    Çap et