Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron sağlamlıq kartı sahiblərinin sayı bir qədər də artıb


Azərbaycanın Səhiyyə Nazirliyi 500 mindən çox elektron sağlamlıq kartı verib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.

Orta hesabla hər ay nazirlik tərəfindən 10 mindən artıq elektron kart verilir. Kartlar onun sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumatdan ibarətdir.

Məlumat tibb müəssisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.

Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır.Qeyd edək ki, layihə "Elektron Azərbaycan" Dövlət proqramı çərçivəsində həyata keçirilir.
 





07/01/12    Çap et