Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur oyundan 1 ay ərzində 5 milyon dollar gəlir əldə olunub


Keçən ilin dekabr ayının əvvəlində “Epic Games” şirkəti “iOS” üçün “İnfinity Blade II” oyununu təqdim edib. Yaradıcıların sözlərinə əsasən, 1 ay ərzində layihə onlara 5 milyon dollar qazandırıb. Oyunun 1 il əvvəl çıxmış birinci hissəsi 3 ay ərzində eyni məbləği toplaya bilmişdi.

Ekspertlər  qeyd edib ki, tərtibatçılar sübut etdilər ki, istedadlı komandanın səyi ilə yaradılmış mobil oyunlar nə qədər müvəffəqiyyətli ola bilərlər.“App Store” onlayn mağazasında “İnfinity Blade II” oyunu 6,99 dollara, oyunun birinci hissəsi isə 5,99 dollara satılır.





09/01/12    Çap et