Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon və planşetlər ilin sonuna kimi “USB 3.0” portu ilə təchiz ediləcəklər


"USB" şini ilə bağlı avadanlıq istehsalçılarını və tərtibatçılarını birləşdirən "USB İmplementers Forum" qeyri-kommersiya təşkilatında hesab edirlər ki, yeni smartfon və planşet modelləri 2012-ci ilin sonuna kimi "USB 3.0" portu ilə təchiz ediləcək.

Hal-hazırda "USB 2.0" portu istifadə olunur. "USB 3.0" portu vasitəsi ilə məlumatların ötürülmə sürəti saniyədə 100 Mbayta (mobil qurğularda) çatacaq.

"Əvvəllər 15 dəqiqə vaxt alan əməliyyat 1 dəqiqə və 10 saniyə tələb edəcək" – "CES 2012" sərgisi çərçivəsində mətbuat konfransında öz çıxışı zamanı "USB İmplementers Forum" qeyri-kommersiya təşkilatının texnologiyalar üzrə direktoru Rəhman İsmayıl bildirib.

Mobil qurğu və kompyuter arasında əlaqə yaradılması üçün "microUSB" portu istifadə olunacaq.

Həmçinin "USB İmplementers Forum" qeyri-kommersiya təşkilatının  noutbuklarda istifadə edilən "USB 3.0" portlarının ölçülərinin kiçildilməsi üzərində çalışdığı məlum olub.





09/01/12    Çap et