Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rianna rəqəmsal dünyanı yenə fəth etdi


23 yaşlı amerikalı müğənni Rianna rəqəmsal formatda mahnı və albomların satışında dünya rekordu qazanıb. “Nielsen Soundscan” və “Billboard”un hesablamalarına görə, Riannanın mahnılarının 47,6 milyon rəqəmsal surəti satılıb.

Qeyd edək ki, müğənni karyerasına 2005-ci ildən başlayıb. Rəqəmsal satışların ümumi həcminə görə ikinci yeri “Black Eyed Peas” qrupu tutub. Bu qrupun treklərinin 42,4 milyon rəqəmsal surəti satılıb. Bütün zamanlarda rəqəmsal variantda ən çox satılmış sinql isə “The Black Eyed Peas” qrupunun “I Gotta Feeling” mahnısı olub.




10/01/12    Çap et