Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sistemi casus elan edildi


“Google” axtarış sistemi deyil, casusluq alətidir”. Belə bir bəyanatla İran polisinin rəisi İsmayıl Əhmədi Muqəddəm çıxış edib. O bildirib ki, informasiya təhlükəsizliyi sistemi düşmənlərdən müdafiə etməlidir və bu məqsədə milli internetin buraxılması kömək göstərə bilər.

Bu arada İranın informasiya naziri Rza Tağıpur isə bildirib ki, İranın özünün internet şəbəkəsi xərclər, təhlükəsizlik və buraxılış qabiliyyəti problemlərini həll edəcək.

Onun sözlərinə görə, İranın daxili internet şəbəkəsi fəaliyyət göstərməyə başladıqdan bir neçə həftə sonra qlobal şəbəkə ilə rabitənin dəstəyinə çəkilən xərclər 30 faizə qədər azalacaq.

«Daxili şəbəkənin məqsədi İran vətəndaşlarını təhlükəsiz informasiya mühiti ilə təmin etmək və İranı kiberhücumlardan qorumaqdır. Məxfiliyin qorunması və kiberhücumların qarşısının alınması dünyanın bütün ölkələrini maraqlandırır». 

 
 
 
 





10/01/12    Çap et