Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elcell” əhatə dairəsini genişləndirir


“Elcell” “Nano” mağazalar şəbəkəsində də simsiz internet xidmətləri göstərəcək. “Elcell”dən verilən məlumata görə, bu, “Elcell” abunəçiləri üçün əlavə rahatlığın yaradılmasına imkan verəcək. Belə ki, “Nano” mağazalarında “Elcell”ə qoşulma imkanı veriləcək və həftənin 7 günü ərzində abunəçilərə xidmət göstəriləcək. Simsiz universal modemin hər bir alıcısına “Nano” mağazalar şəbəkəsində xüsusi tarif paketləri ilə sürətli simsiz internetə qoşulma imkanı verilir. Gələcəkdə alıcıların kompyuterin alınmasında və “Elcell”ə qoşulması zamanı əlavə endirimlərin verilməsi ilə bağlı birgə kampaniyaların keçirilməsi planlaşdırılıb.




29/06/11    Çap et