Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha yığcam videokamera (VİDEO)


“Liquid İmage” şirkəti Las-Veqasda (Nevada, ABŞ) keçirilən “CES 2012” sərgisində idmançılar və aktiv istirahət pərəstişkarları üçün yığcam “EGO” videokamerasını təqdim edib.

Yığcam videokamera 1920×1080 kəskinlikli yüksək dəqiqlikli video, həmçinin 12 meqapikselli şəkillər çəkə bilir. Fasiləsiz fotoçəkiliş rejimi nəzərdə tutulub.

Qurğu kiçik ekran, 32 Qbayta qədər tutuma malik “MicroSD” kartları üçün slot və “Wi-Fi” simsiz əlaqə kontrolleri ilə təchiz edilib. Akkumulyator batareyası qurğunun avtonom olaraq 1,5-2 saat işləməsini təmin edir.

Videokameranı smartfondan xüsusi əlavə vasitəsi ilə idarə etmək olar. Yenilik satışa iyun ayında 150 dollara çıxarılacaq. Tədarük dəstinə 4 QB tutuma malik fləş kart daxildir.










13/01/12    Çap et