Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” təsvirə eynəksiz baxmağa imkan verən planşet (VİDEO)


Honkonqun “Brando” şirkəti “Android 2.3 (Gingerbread)” əməliyyat sistemi ilə işləyən “Gadmei T863-3D” planşet kompyuteri istehsal edib.

Qurğu stereoskopik təsvirə eynəksiz baxmağa imkan verən 8 düymlü ekranla təchiz edilib. Ekranın kəskinliyi 1280×768 piksel təşkil edir; sensor interfeysi dəstəklənir.

Qurğunun "ürəy"i 1 QHz takt tezlikli “ARM Cortex-A9” prosessorudur. Əməli yaddaş tutumu 512 MB təşkil edir; daxili fləş modulun tutumu 8 QB-dır. Mini-kompyuter “Wi-Fi” (802.11b/g/n) simsiz əlaqə adapterinə, 0,3 meqapikselli veb-kameraya, stereofonik dinamikaya, “MicroSD” slotuna, “USB” və “HDMİ” portlarına malikdir.
Planşetin ölçüləri 219×143×13 mm, çəkisi isə 530 qr-dır.

Qidalanma 5000 mA/saat tutumlu akkumulyator batareyası vasitəsi ilə təmin edilir.“Gadmei T863-3D” təxminən 200 dollar qiymətinə təklif edilir.









13/01/12    Çap et