Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda rəqəmli TV avadanlıqlarının qurulması başa çatıb


Naxçıvanda rəqəmli yayımın təmin edilməsi üçün avadanlıqların qurulmasına başlanılıb Naxçıvan MR RİTN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə Duzdağ Radio-Televiziya Verici Stansiyasında müvafiq otaqlar ayrılıb.

Baş stansiya və vericilərin qurulması üzrə işlərin fevral ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Cari ilin fevral ayının əvvəllərindən etibarən muxtar respublikada rəqəmsal televiziyanın test yayımına başlanılacaq.

Bu yayım 2012-ci ilin sonunadək analoq yayımla paralel olaraq həyata keçiriləcək.
2013-cü ildə isə analoq yayım tamamilə dayandırılacaq. 
 





17/01/12    Çap et