Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S Blaze 4G”: 4,5 düym ekranlı smartfon


“T-Mobile” operatoru “Android” əməliyyat sistemi ilə işləyən “Samsung Galaxy S Blaze 4G” smartfonunu təqdim edib.

Aparatda 1.5 QHz takt tezliyi ilə işləyən “Qualcomm Snapdragon S3”  ikinüvəli prosessoru tətbiq edilib. Əməli yaddaş tutumu 1 QB, daxili fləş-modulun tutumu 16 və ya 32 QB-dır (“MicroSD” kartları vasitəsi ilə artırıla bilər).

“Super AMOLED” sensor ekranı 4,52 düym diaqonala malikdir; ekranın təsvir ölçüsü 480×800 nöqtə təşkil edir. Smartfon 2 kamera ilə təchiz edilib: ön hissədə 3 meqapiksel və arxa hissədə isə 8 meqapiksel.

“Galaxy S Blaze 4G” smartfonunun arsenalında “Wi-Fi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, “GPS” peyk naviqasiya sistemi qəbuledicisi, “FM” tyuner, “MicroUSB” portu, akselerometr, elektron kompas var. GSM 850/900/1800/1900 MHZ və HSDPA 1700/2100 MHz mobil şəbəkələrində işləyir.
Smartfon cari ilin ikinci rübündə satışa çıxarılacaq, qiyməti isə bildirilməyib.





17/01/12    Çap et