Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatı asanlaşdırılıb


Sahibkarlıq fəaliyyəti ilə bağlı icazələrə dair yaradılan internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaradacaq.

Bu barədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.

Ş.Mustafayev elektron xidmətlərin genişləndirilməsi çərçivəsində imzalanan fərmanın prosesi sadələşdirdiyini də deyib.

Belə ki, fərmana uyğun olaraq, fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına başlanılması nəticəsində onların vergi orqanında qeydiyyatına sərf olunan vaxt 3 gündən bir neçə dəqiqəyə qədər endirilib.





17/01/12    Çap et