Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Panorama çəkilişi üçün fotokamera (VİDEO)


“Tamaggo” şirkəti yığcam “360-İmager” fotoaparatını hazırlayıb. Aparatın satışları 2012-ci ilin ikinci rübündə başlanacaq.

Yenilik 360 dərəcəyə qədər əhatə bucağı ilə panorama çəkilişləri etməyə imkan verir. Horizontal və vertikal panorama rejimləri nəzərdə tutulub.

“360-İmager” fotoaparatında 14 meqapikselli matris tətbiq edilib. Səmt tənzimçisi var, “Wi-Fi” və “Bluetooth” simsiz əlaqə adapterləri, “Mini USB” portu, həmçinin 2 düymlü sensor ekran var. Qidalanma ion-litium polimer akkumulyatoru vasitəsi ilə təmin edilir.

“Tamaggo 360-İmager” fotoaparatının ölçüləri 92×56×61 mm təşkil edir; çəkisi təxminən 190 qr-dır. Qiyməti təxminən 200 dollar olacaq.







17/01/12    Çap et