Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” abunəçisi “Şanslı mesaj” lotereyasında mənzilə sahib oldu


“Azerfon” şirkətinin keçirdiyi “Şanslı mesaj” stimullaşdırıcı lotereyasının final günü oynanılmışdı və qalib müəyyənləşmişdi. Tiraj Komissiyasının üzvü və medianın iştirakı ilə keçirilən kampaniyanın sonuncu uduş günündə Bakı şəhər sakini İsmayılov Elvin Əjdər oğlu lotereyanın qalibi olaraq təmirli supermənzilin sahibi olmuşdu.

Bundan başqa lotereyanın şərtlərinə görə, hər gün oynanılan 250 AZN məbləğində uduşlar da sahiblərinə təqdim olunmuşdu.
 
Tədbirdə iştirak edən “Azerfon” şirkətinin nümayəndəsi qalibləri təbrik etmiş və gələcəkdə şirkətin yenə bu tipli stimullaşdırıcı lotereyaların, kampaniyaların keçiriləcəyini vəd etmişdi.
 
Qeyd edək ki, 17.10.2011 tarixindən etibarən “Şanslı mesaj” kampaniyasına start verilmişdir və yanvar ayının 13-də kampaniya bitmişdi.

Lotereya keçirilən müddətdə “Azerfon” və “Vodafone” abunəçiləri gündəlik oynanılan 250 AZN və hər ayın sonunda oynanılan 5000 AZN  məbləğində uduşlar və əsas uduş olaraq mənzil qazanmışdılar.
 
“Nar Mobile” və “Azerfon-Vodafone” ticarət nişanları ilə tanınan “Azerfon” 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir. 





17/01/12    Çap et