Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fənərli mobil yükləmə qurğusu


“Poldera” şirkəti cib fənəri və portativ yükləmə qurğusunun hibridini təşkil edən “Power Bank” adlı orijinal hazırlama təklif edib.

Yenilik silindrik formalı korpusda hazırlanıb. Uzunluğu 107,4 mm, diametri isə 23,7 mm təşkil edir. Qurğunun bir hissəsində işıq buraxan diod, digər hissəsində isə “MicroUSB” və “USB” portları yerləşib. 2200 mA/saat tutumlu akkumulyator ilə təchiz edilib. Çəkisi təxminən 73 qramdır.

“Power Bank” qurğusunun batareyasının yüklənməsi üçün komplektdə verilən kabel vasitəsi ilə qurğunu “MicroUSB” portu ilə kompyuterin “USB” portuna qoşmaq kifayətdir. Qurğu toplanmış enerjini həminki kabel üzrə ötürür, məsələn, “MicroUSB” portu vasitəsi ilə smartfon və ya cib pleyerinə ötürür.

“Power Bank” akkumulyatorunun tam yüklənməsinə təxminən 5 saata vaxt sərf olunur.Yeniliyin təxmini qiyməti 80 dollar təşkil edir.





19/01/12    Çap et