Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moskva metrosunda da pulsuz “Wi-Fi” olacaq


Moskva Metropoliteninin sərnişinləri "Wi-Fi" vasitəsilə internetə çıxış imkanı əldə edə biləcəklər. Bu barədə Nəqliyyat departamentinin rəhbəri Maksim Liksutov "İnterfaks" agentliyinə xəbər verib.

Liksutovun sözlərinə əsasən, pulsuz "Wi-Fi" cari ildə metropolitenin bəzi vaqonlarında olacaq. Əvvəlcə xidmət test rejimində işləyəcək, bundan sonra isə onun istifadəsi haqqında qərar qəbul ediləcək,- o qeyd edib.
 
 





19/01/12    Çap et