Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Facebook» dan ən az istifadə 6 ölkə


Dünyanın ən məşhur sosial şəbəkələrindən olan «facebook» yer kürəsinin əksər dövlətlərindən istifadə olunur.  Lakin 6 ölkə var ki, onlarda «facebook» digərlərinə nisbətdə populyar deyil. Bunlar Rusiya, Polşa, Yaponiya, Çin, Cənubi Koreya və Viyetnamdır. Aparılan araşdırmalara görə, Yaponiyada yaşayanlar daha çox «Tvitter»dən istifadə etməyə üstünlük verirlər.

«Facebook»un Çində az istifadə olunmasında bu ölkənin hökümətinin «rolu» da az deyil. Qeyd edək ki, Çində sosial şəbəkələr arasında «Qzone» daha çox məşhurdur. Məlumatlara görə bu saytdan 450 milyon insan istifadə edir.

Vyetnamda 5,5 milyon üzvü ilə birinci yerdə «Zing Me» sosial şəbəkəsi gəlir. Rusiyada isə məşhur olan bir neçə sayt var. Bunlar «odnoklassniki.ru», «vkontakte.ru», «LiveJournal.ru»dur.Cənubi Koreyada «Cyworld», Polşada isə «Nasza-Klasa.pl» ən məşhur sosial şəbəkələr hesab olunur.
 





21/01/12    Çap et