Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti bir sıra internet xidmətlərini bağlayıb


“Google” şirkəti bir sıra öz köhnəlmiş xidmətlərini bağlayır. Şirkətdən bildirilib  ki, keçən həftə “Google Message Continuity”, “Picknic” və Needlebase” xidmətləri bağlanılıb. Eyni zamanda, internet nəhənginin bir sıra digər xidmətlərinə dəyişikliklər edilib.

Məlumat üçün qeyd edək ki, “Google” şirkəti “Picknik” şirkətini 2010-cu ildə  satın alıb. Hal-hazırda isə “Google” şirkəti bildirib ki, “Picknic” internet xidmətini 2012-ci il aprel ayının 19-da tamamilə bağlayacaqlar.

Həmçinin qeyd edək ki, internet şirkəti keçən il artıq “Buzz”, “Code Search”, “Jaiku”, “Aardvark”, “Fast Flip”, “Sidewiki” və “İmage Labeler” layihələrinin bağlanması haqqında məlumat verib.





23/01/12    Çap et