Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il dövlət büdcəsinə 37,0 mln. manat köçürülüb


2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr üzrə 302.5 mln. manat proqnoza qarşı 346.8 mln. manat gəlir əldə edilib. Bu da proqnozla müqayisədə 14,6%, ötən illə müqayisədə isə 24,9% çoxdur.

RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2011-ci il ərzində dövlət büdcəsinə 37,0 mln. manat, DSMF-yə isə 15,6 mln. manat vəsait ödənilib.

Onu da bildirək ki, ötən il ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub və bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 mln. manat investisiya qoyuluşu həyata keçirilib.

Ümumilikdə isə 2011-ci ildə sektora 415,0 milyon manat investisiya qoyulub ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur və ölkə iqtisadiyyatına qoyulan investisiyanın 3.2%-ni təşkil edir.
 





23/01/12    Çap et