Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt göndərişlərinin sayı artıb


Ötən il poçt şöbələrindən qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 5 650 500 ədəd olub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayev məlumat verib.

Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% (228 576 ədəd) çoxdur. Bundan başqa ötən il PŞ-lərdə qəbul edilən beynəlxalq sadə məktub və banderolların sayı 302 739 ədəd, sifarişli məktub və banderolların sayı isə 41 070 ədəd olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% (996 ədəd) çoxdur.

Beynəlxalq kiçik paketlərin sayı 12 053 ədəd olub. Daxili bağlamaların sayı 114 095 ədəd, beynəlxalq bağlamaların sayı isə 8 637 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% (441 ədəd) çoxdur.
 





24/01/12    Çap et