Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” internet şirkəti hesabat verib


"Yahoo" şirkəti bu yaxınlarda 2011-ci ilin dördüncü rübü və ümumilikdə 2011-ci il üzrə maliyyə hesabatını dərc edib.

"Yahoo" internet şirkətinin əməliyyat gəliri dördüncü rübdə 10% artıb və 242 milyon dollar təşkil edib.
"2011-ci ilin dördüncü rübü ərzində "Yahoo" şirkəti öz göstəricilərini yaxşılaşdırmağa davam edib; əməliyyat gəliri 10% artıb.

Biz 2012-ci ildə şirkətimiz üçün resursları əsas sahələrə mərkəzləşdirməyi planlaşdırırıq, bu da bizim inkişaf etməyimizə və biznesimizi genişləndirməyə imkan verəcək" – "Yahoo"-nun icraçı direktoru Skott Tompson (Scott Thompson) qeyd edib.
 





25/01/12    Çap et