Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fayl mübadiləsi xidmətləri bağlanır


ABŞ hökumətinin “Megaupload”ı bağlamasından sonra 3 böyük fayl mübadiləsi saytı xidmətlərinin bir neçə bölməsini dayandırmaq qərarı verib.

“FileSonic” bütün fayl mübadiləsi xüsusiyyətlərini bağlayaraq bir fərdi yığma xidmətinə çevrilir. “Fileserve” saytı isə müəllif hüquqlarını pozan bütün hesabları və mükafatlandırma sistemini bağlayıb.

İP ünvanı ABŞ-da qeydə alınan “Fileserve” fayllarını endirən istifadəçilərə pul(min endirməyə 25 dollar) ödəyirdi.

Bunlardan əlavə, “Uploded.to” adlı veb-sayt da xidmətlərini dayandırıb.

Əgər bu proses davam edərək daha geniş şəkildə yayılsa, internetdə  fayl mübadiləsi saytlarından film, musiqi və e-kitab kimi fayllar yükləmək mümkünsüz olacaq. 
 





25/01/12    Çap et