Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkətinə itki üz verib


“Palm” və “HP”-də “webOS” bölməsinin rəhbəri Con Rubinşteyn “HP”  şirkətini tərk edib. Bu barədə  “Röyters” xəbər agentliyi məlumat yayıb. Lakin nə “HP” şirkəti, nə də Con Rubinşteyn işdən çıxarılma səbəbləri haqqında heç bir məlumat verməyib.

Con Rubinşteyn qeyd edib ki, o, istirahət etmək istəyir. Mətbuat xidmətində yalnız qeyd ediblər ki, Con Rubinşteyn şirkət qarşısındakı öhdəliklərini yerinə yetirib və ona uğurlar arzulayıblar.

Qeyd edək ki, Con Rubinşteyn uzun müddət “Apple” şirkətində çalışıb. Sonra o, “Palm”a keçib və tezliklə şirkətin baş direktoru olub. 2010-cu ildə isə bu şirkəti “HP” satın alıb və Con Rubinşteyn orda çalışmağa davam edib.
 
 





30/01/12    Çap et