Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq sosial media üzrə sayt yaradılıb


Azərbaycanda ilk dəfə olaraq sosial media üzrə bütün alətləri bir yerdə cəmləyən və 300 səhifəyə yaxın materialı özündə əks etdirən çox zəngin resursa malik internet səhifəsi – «sosialmedia.net» istifadəyə verilib.

«İCTnews» elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf İctimai Birliyi informasiya yayıb. Veb-səhifədə yeni media alətlərindən istifadə haqqında, eləcə də  internetdə olan xidmətlərin produktivliyini və funksionallığını artıran veb-alətlə istifadəçiləri tanış edən  zəngin məlumatlar yerləşdirilib.





30/01/12    Çap et