Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu həftə “Firefox 10” veb-səyyahı çıxacaq


Çərşənbə axşamı, yanvarın 31-də "Firefox 10" veb-səyyahının final versiyasının çıxarılacağı gözlənilir. Bu, "Mozilla" tərəfindən bir müddət əvvəl  qəbul edilmiş qrafikə (proqramın sabit versiyalarını hər 6 həftədən bir çıxarmaq) uyğun gəlir.

"Firefox 10" veb-səyyahından əsas yeniliklərdən biri inteqrasiya edilmiş "sakit yeniləmələr" funksiyasının mövcudluğu olacaq: veb-səyyah ziddiyyətli "addon"ları avtomatik deaktiv edəcək.


Çərşənbə axşamı, həmçinin "Firefox 3.6.26" versiyası üçün təhlükəsizlik səhvlərini aradan qaldıracaq yeniləmə paketi çıxarılacaq. Məlumat üçün qeyd edək ki, bu versiyanın dəstəklənməsi 2012-ci ilin aprel ayında dayandırılacaq. İyun ayının 5-də isə "Firefox" veb-səyyahının 13-cü versiyasının çıxarılması ı gözlənilir,- "ComputerWorld" bildirib.





31/01/12    Çap et