Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın etalon vaxtı www.azstand.gov.az saytında yayımlanmağa başlayıb


Azərbaycanın Dövlət Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) rəsmi internet səhifəsində - www.azstand.gov.az saytında yayımlanmağa başlayıb.

Bu barədə ICT News Elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, hazırda dəqiq vaxtın və etalon tezliyin Azərbaycanın dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər görülür.





31/01/12    Çap et