Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron stansiyalar tikiləcək


Füzuli rayonunun işğaldan azad olunan kəndlərində yeni elektron stansiyalar tikiləcək. “Aztelekom” İB-dən verilən məlumata görə, həyata keçiriləcək tədbirlər planına uyğun olaraq Qazaxlar, Mirzənağılı Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması və genişzolaqlı internet xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulur ki, bunun üçün 25 kilometrdən çox bir məsafədə optik kabel xətti çəkilməlidir.

Bundan başqa rayonda CDMA simsiz rabitə şəbəkəsinin daha böyük ərazini əhatə etməsi üçün Böyük Bəhmənli kəndində yeni baza stansiyasının tikintisi planlaşdırılır. 

Qeyd edək ki, indiyədək rayon ərazisində Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS tikilərək sakinlərin mənzilləri telefonlaşdırılıb.
 





01/02/12    Çap et