Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“122” -nin xidmət keyfiyyəti artırılıb


Hal-hazırda Bakı şəhər telefon şəbəkəsində istifadəçilərdən telefon xəttinin təmiri ilə bağlı sifarişlərin qəbulu və təmiri işləri avtomatik idarəetmə sistemləri və "122" çağırış mərkəzi vasitəsilə tam vahid bir mərkəzdən idarə olunur.

"122 - Mərkəzi Təmir Bürosu Xidməti"ndə "insan-maşın" dialoq sistemində daxil olan sifarişlər və onların emalı, telefon xətlərinin təmirinə nəzarət və bununla əlaqədar bütün informasiya bazalarının formalaşdırılması (arxivləşdirilməsi) insan faktoru olmadan telefon rabitəsinin keyfiyyət göstəricilərinin şəffaflığına təminat verir.

Qeyd edək ki, sistemin tətbiqi əhaliyə göstərilən telefon rabitəsi xidmətinin keyfiyyətinin nəzərəçarpan dərəcədə artmasına şərait yaradıb.






01/02/12    Çap et