Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur mobil veb səyyahının istifadəçilərinin sayı 152 milyonu ötüb


“Opera Software” şirkəti mobil səyyahının keçən ilin dekabr ayı üzrə olan uğurları haqqında məlumat verib. Norveç istehsalçılarının sözlərinə görə, “Opera Mini” mobil səyyahının istifadəçilərinin sayı 152,6 milyona çatıb. Bu göstərici 2010-cu ilin dekabr ayı ilə müqayisədə 78,5% çoxdur və 2011-ci ilin noyabr ayının göstəricisini 5,6% üstələyib.

2010-cu ilin dekabr ayı ilə müqayisədə 2011-ci ilin birinci qış ayında  səhifələrə baxış sayı 120,7% artaraq 103,1 milyard təşkil edib. Məlumatların sıxılmasını nəzərə alsaq, 1 ay ərzində “Opera Mini” istifadəçiləri 1,66 milyon qiqabayt trafik istifadə ediblər.





01/02/12    Çap et