Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar top-top oynayacaq


Keçən il Almaniyanın Aerokosmik Mərkəzinin Robot Texnikası İnstitutunun  mütəxəssisləri ona doğru atılan topları məharətlə tuta bilən "Rollin' Justin" adlı robot hazırlayıblar.

Topları öz kolleqasına doğru atmağı bacaran "Agile Justin" adlı robot isə layihənin davamı olub. İndi robotlar topla bir-birləri ilə oynaya bilərlər.


Robotların baş hissələrinə quraşdırılan "HD" stereokameralar topların uçuş trayektoriyasını izləyirlər. Topu tutmaq üçün tələb olunan ani hərəkət vibrasiya yaradır və sistem bunu nəzərə alır. Topun uçuşu prosesində onun trayektoriyasının proqnozu topun hansı nöqtədə və nə zaman tutulması üçün daimi hesablanır.




www.osp.ru/news/2012/0201/13011259/





01/02/12    Çap et