Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kontakt” sürətli pulköçürmə sistemi regionlarda da tətbiq ediləcək


“Azərpoçt” MMC bank xidmətlərini daha da genişləndirməyi qarşıya məqsəd qoyub. Bu istiqamətdə Rusiyanın “Russlavbank” bankı ilə “Azərpoçt” MMC arasında bağlanan müqaviləyə əsasən 5 poçt şöbəsində pilot olaraq həyata keçirilən  “Kontakt” sürətli pulköçürmə sistemi özünü doğruldub.

Bu məqsədlə müəssisə sistemi bütün filiallarda tətbiq etməyi qarşıya məqsəd qoyub.  Sistem beynəlxalq mübadilə olsa da, ən çox MDB ölkələri üzrə ixtisaslaşıb. Sistemin “Western Union” xidmətindən əsas fərqi ondan ibarətdir ki, burada rüsum çox aşağıdır.


Qeyd edək ki,  “Kontakt” (Contact) – bu pulköçürmə sistemi 2000-ci ildən fəaliyyət göstərir, “Russlavbank” tərəfindən yaradılıb. Dünyanın 80 olkəsində nümayəndəliyi var, 28000-dən çox məntəqəyə malikdir, bank hesabı açılışı tələb edilmir. “Kontakt” sistemi ilə, rus rublu, ABŞ dolları və avro köçürülməsi mümkündür.
 
 





02/02/12    Çap et